Almaniya tezliklə NATO ölkələri arasında Avropanın ən böyük ənənəvi ordusuna sahib olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz “Stuttgarter Zeitung” və “Stuttgarter Nachrichten” qəzetlərinə müsahibəsində deyib.
Bundan əvvəl Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirmişdi ki, Berlin Kiyevin bütün istəklərini yerinə yetirə bilməz.