Münhen Təhlükəsizlik Konfransının rəhbəri Kristof Hoysgen Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinə münasibəti haqda Almaniyanın “Die Welt” qəzetinə danışıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin coğrafi mövqeyinə görə böyük önəm kəsb etdiyini deyən Hoysgen bu səbəbdən Ankara ilə sıx əməkdaşlığın Avropanın marağında olduğunu vurğulayıb.
Türkiyənin çətin tərəfdaş olduğunu bildirən Hoysgen 2009-cu ildə NATO sammitində olduğu kimi, Ankara ilə bundan əvvəl də gərginliklərin olduğunu, amma bunların aradan qaldırıldığını xatırladıb.
“İyunun sonunda Madriddə keçiriləcək NATO sammitindən müsbət nəticə əldə etmək vacibdir. Əgər uğursuz olsaq, Putin bundan da özünə bir qələbə çıxaracaq”, - Hoysgen deyib.