30 Noyabr 2014 02:57
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Xonsuyu adasının yaxınlığında 5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, hələlik dağıntı və itkilər barədə məlumat yoxdur. Yaponiya Milli Meteorologiya İdarəsinin məlumatına görə, sunami təhlükəsi yoxdur.

Zəlzələnin episentri Sakit okeanın Xonsuyu adasından cənubda yerləşən hissəsinə düşüb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir. Yeraltı təkanları Sidzuoka, Mie və Nar prefekturalarının sakinləri də hiss edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər