Roma Papası Françesko Türkiyə səfəri zamanı Pravoslav kilsəsinin patriarxı Bartolomeylə görüşüb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, görüş zamanı Papa pravoslavlarla katoliklər arasında kökü 1054-cü ilə gedib çıxan kilsələrarası ixtilafa son qoymağa səsləyib. Patriarx Bartolomey də öz növbəsində Yaxın Şərqdə xristianların təqibi ilə bağlı narahatlığını bildirib.
Kilsə liderlərinin görüşdən sonra yaydığı bəyanatda “qədim xristian” ölkəsi olan Ukraynada sülhün bərpasına çağırılır.
Qeyd edək ki, Françesko 1967-ci ildən bəri Türkiyəni ziyarət edən sayca dördüncü Vatikan rəhbəridir.
Samir