28 İyun 2022 16:17
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda ən qızğın döyüşlər Luqansk və Xarkov vilayətlərinin şimalında gedir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı deyib.

Onun sözlərinə görə, Böyük Britaniya və ABŞ silahlı qüvvələrinin baş qərargah rəisləri ilə telefon danışığı aparıb.

Zalujnı həmsöhbətlərinə Ukrayna ordusunun əməliyyatları barədə məlumat verib.

Onun sözlərinə görə, hazırda aktiv döyüş əməliyyatları zonası Xarkov vilayətinin şimalından başlayır və Dnepr çayının sol sahilində - Vasilivka qəsəbəsi yaxınlığında bitir.

“Ən gərgin döyüşlər Luqansk və Xarkov vilayətlərinin şimalında gedir. Təkcə son sutka ərzində düşmən 45 min patron və 2 raketdən istifadə edib, 32 hava və 270 artilleriya zərbəsi endirib”, - Ukraynanın baş komandanı bildirib.

O, vəziyyətin çox çətin, amma nəzarət altında olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu