30 İyun 2022 11:56
2 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə nazirinin müavini Selest Uollander Türkiyəyə F-16-ların satışını dəstəklədiklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Uollander Türkiyənin hərbi gücünün artırılmasının NATO-nun müdafiəsinə də töhfə verəcəyini bildirib.

“ABŞ Türkiyəni qırıcı təyyarə parkını modernləşdirmək üçün dəstəkləyir. Çünki bu, NATO-nun təhlükəsizliyinə və beləliklə, Amerikanın təhlükəsizliyinə töhfə verəcək. Bu planlar lazımi təsdiq mexanizmlərindən keçirilir”, - nazir müavini qeyd edib.

Türkiyə ABŞ-a 40 yeni F-16 və mövcud F-16-lar üçün 80 modernləşdirmə dəsti almaq üçün müraciət edib. Mart ayında ABŞ Dövlət Departamenti Konqresə məktub göndərərək, bu satışın təsdiqlənməsinin Amerikanın xeyrinə olacağını bildirib.

Ötən aylarda ABŞ Prezidenti Co Baydenlə görüşən Yunanıstan Baş naziri Kiryakos Mitsotakis ondan Türkiyəyə F-16 satmamasını istəmişdi. Mitsotakis bu məsələni ABŞ Konqresindəki çıxışında da gündəmə gətirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu