2 Dekabr 2014 01:35
1 539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin təkbətək görüşlərinin ardından birgə mətbuat konfransı keçiriblər.

Putinin "Suriyadakı seçkilərdə Əsədin böyük bir dəstəyə sahib olduğunu" bildirməsinin ardından Ərdoğan orada seçkinin antidemokratik şəraitdə keçirildiyini qabardıb: "Əsədin məhşrulaşdırılması kimi bir səy var".

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Ərdoğanın Suriya mövzusunda bir sıra açıqlamalar verib.

"İŞİD mövzusunda eyni fikirdeyik"

Ərdoğan bildirib ki, Suriya məsələsi ilə bağlı son 4 ildə Vladimir Putinlə bir sıra görüşləri olub: "Suriyadakı mövcud rəhbərliyin vəziyyətini çox açıqca ortaya qoydum. Suriyadakı problemin həll məsələsində həbrəyik, lakin problemi necə həll etməkdə fikir ayrılıqları var. Oradakı DEAŞ terror təşkilatı iə bağlı ortaq qənaətə sahibik. Hətta BMT-də hörmətli Lavrovun da dinləmişdim. Özləri də DEAŞ terror təşkilatına qarşı ortaq platformada yer almaq istədiklərini bildiriblər. Dünyada "sənin terrorçun yaxşı, mənimki pisdir" deyə bir anlayış ola bilməz".

Əsəd getsə, nə olacaq?

Ərdoğan bildirib ki, məzhəb baxımından yanaşılsa, Suriya problemi çözlə bilməz: "Əsəd getsə, nə olar?" yanaşması çox səhvdir. Əsəd rejiminin olmadığını fərz etmək lazımdır. Əsədin qalması şərtilə nəticə əldə etmək mümkün deyil. Burada bütün Suriyanı təşkil fərqli seqmentlərdən təşkil ediləcək bir rəhbərliyin formalaşması ən obyektiv yanaşmadır. Suriya məsələsinə münasibətimiz bundan ibarətdir".

"Suriyada demokratik seçki keçirilməyib"

Ərdoğan Suriyada prezident seçkiləri ilə əlaqədar fikirlərini də açılayıb: "Dünyada "zərbəçilər" həmişə yüksək səs alır. Yüzdə 90, yüzdə 95 faiz səs qazanırlar. Seçkilərdə açıq səs, gizli təsnifat əsas götürlür. Ondan sonra istədikləri bir nəticəni açıqlayırlar. Bunu Misirdə də gördük. Kimlər seçkiyə qatıla bildi, kimlər qatılmadı? Eyni şəkildə Suriyada də seçkiyə kimlərin qatılacağı, kimlərin qatıla bilməyəcəyi məsələsi var? Seçki demokratik bir mühitdə keçirilməlidr. Necə ki, Misirdə demokratik bir seçkidə Mursi 52 faiz səslə iqtidara gəldi. Suriyada hazırda antidemokratik üsullarla iqtidarda olan adamın mehşurlaşdırılması səyi var. Bunu görəcəyik".

Rusiya prezidenti Vladimir Putin isə Suriya məsələsi ilə bağlı bunları deyib:

"Suriyadakı vəziyyətlə bağlı ortaq düşüncəmiz mövcuddur. Orada müxtəlif terror qruplarının güclənməsini istəmirik.

Suriyada yaşayan bütün insanların özünü təhlükəsiz hiss etməsi, rəhbərlik mövzusunda bərabər hüquqlar əldə etməsi məsələsində əməkdaşlıq etməliyik. Bu qərarlar əvvəlcə Suriya xalqı və siyasi qüvvələri üçün uyğun olmalıdır".

Nihad


Müəllif:

Oxşar xəbərlər