2 Dekabr 2014 08:26
689
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Türkiyə təbii qazın qiymətini 15 faiz aşağı salmağa təklif edirdi, lakin bu məsələ birgə layihələrdə iştirakımız nəzərə alınmaqla həll olunacaq".

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya energetika naziri Aleksandr Novak bəyan edib.

“Əsas etibarı ilə, Türkiyənin təklifi müzakirə oluna bilər. Yanvarın 1-dən qiymətin 6 faiz aşağı salınması birinci mərhələdir”, deyə Novak bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazisindən Türkiyəyə təbii qaz nəqlindəki məhdudiyyətlər də aradan götürülüb.

Xatırladaq ki, 2015-ci il, yanvarın 1-dən Rusiya Türkiyəyə satdığı təbii qazın satış qiymətini 6 faiz aşağı salacaq.


Müəllif:

Oxşar xəbərlər