2 Dekabr 2014 10:31
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən sutka ərzində rus separatçıları 52 dəfə atəşkəsi pozublar.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, gecə saatlarında Donetsk aeroportu ətrafında şiddətli döyüşlər davam edib.

Yayılan xəbərlərə görə, hücum nəticəsində 2 dinc sakin öldürülüb, 4-ü isə yaralanıb.

Ümumilikdə isə Ukrayna ordusu separatçıların mövqelərinə 25 dağıdıcı zərbə endirib.

Samir


Müəllif:

Oxşar xəbərlər