Rusiyanın Ural Hava Yolları şirkəti Azərbaycana uçuşları dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bundan əlavə, oktyabrın 29-dək Ermənistan, Özbəkistan və Qazaxıstana uçuşlar dayandırılıb.
Krasnodar, Simferopol, Anapa, Gelendjik, Don Rostov və Voronej hava limanlarına uçuşlar da yuxarıda qeyd olunan müddətə təxirə salınıb. Heç bir səbəb göstərilməyib.