2 Avqust 2022 23:38
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Putin Ərdoğanla Paşinyan arasında vasitəçilik etməyə başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyadan Ermənistana edilən son telefon zənglərinə diqqət çəkib:

“Bu gün əvvəlcə iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan, bir neçə saat sonra isə Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan telefonla danışıblar. Xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında 10 noyabr və 11 yanvar razılaşmalarını müzakirə ediblər. Yayılan xəbərlərdə nazirlərin bölgədəki son durumu müzakirə etdikləri də bildirilib.

Erməni nazirin Azərbaycandan şikayət etdiyini proqnozlaşdırmaq mümkündür. Eyni mövzuları Vladimir Putinlə Nikol Paşinyanda müzakirə ediblər.

Moskva Vaşinqtonun Cənubi Qafqazda fəallaşmasından, Ağ Evdən Bakı və İrəvana edilən zənglərdən narahatdır. Rusiya bu telefon danışıqlarının detallarını özü üçün müəyyənləşdirməyə çalışır.

Vaşinqtondan sonra Moskvadan Bakı və İrəvana edilən zənglərin mahiyyətində bu amil dayanır”.

Elxan Şahinoğlu avqustun 5-də Soçidə Türkiyə və Rusiya liderləri arasında keçiriləcək görüşə də toxunub:

“Vladimir Putin bir neçə gündən sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə görüşəcək. Putin bir növ Ərdoğanla Paşinyan arasında vasitəçilik etməyə başlayıb. Necə ki, Ərdoğan Moskva ilə Kiyev arasında vasitəçilik edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər