ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Teleqraf.com xəbər verir ki, sanksiya siyahısına idmançı Alina Kabayevanın da daxil olduğu 13 fiziki və 30-dan çox qurumun adları əlavə edilib.
Bundan əlavə, PhosAgro-nun keçmiş rəhbəri Andrey Quryev , Xerson vilayətinin rəhbəri Vladimir Saldo və Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
İyulun sonunda ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. ABŞ Konqresinin saytında təqdim olunan məlumatlara görə, qətnamə mayın 9-da təqdim edilib. Sənəddə bildirilir ki, ABŞ Senatı Rusiya hökumətinin Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə törətdiyi hərəkətləri terror aktlarının sponsoru hesab edir.