3 Avqust 2022 10:59
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden COVID-19 simptomlarının təkrarlanması səbəbindən yenidən karantinə alınıb.

Teleqraf.com xəbər verir ki, ötən həftə karantindən çıxdığı elan edilən Co Bayden simptomların təkrarlanması səbəbindən karantinə alınıb.

Prezidentin həkimi Kevin Oconnor Baydenin karantinə qayıtdığını və daimi nəzarətdə olduğunu deyib.

Həkimin sözlərinə görə, prezidentin vəziyyəti yaxşıdır, öskürəkdən şikayəti olsa da, hərarəti, tənəffüsü və oksigen səviyyəsi tamamilə normaldır.

Xatırladaq ki, iyulun 21-də ABŞ prezidentinin COVID-19-A yoluxduğu açıqlanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər