Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Teleqraf.com xəbər verir ki, bunu M.Çavuşoğlu tviter səhifəsində yazıb.
Tərəflər regional və beynəlxalq məsələləri, o cümlədən Ukrayna taxılının dünya bazarına ixracını müzakirə ediblər.
"Taxıl ixracının daimi atəşkəsə səbəb olub-ola bilməyəcəyini müzakirə etdik. Bu barədə mövqelərimizi ortaya qoyduq", - M.Çavuşoğlu bildirib.
Qeyd edək ki, Türkiyə XİN başçısı Kamboca Krallığında səfərdədir.