ABŞ-da yayımlanan "Edition" TV-nin son qonaqları Cessi Soyer və Betti Edi adlı iki qadın olub.
Teleqraf.com xəbər verir ki, əməliyyat zamanı öldüklərini iddia edən qadınlar öldükdən sonra baş verənlərlə bağlı qəribə açıqlama veriblər.
Hər iki qadının hekayələrinin bir-birinə bənzəməsi eşidənləri təəccübləndirib. Cessi və Betti iddia edib ki, öldükdən sonra 3 kişi ilə qarşılaşıblar və onlara “vaxtınız hələ bitmədiyi üçün geri qayıdacaqsınız” deyiblər. Qadınlar öldükdən sonra getdikləri düzənliyə bənzər yeri “gözəl” adlandırıblar.
İndi 78 yaşında olan Betti xəstəxana otağında ölüm anını belə təsvir edib:
“Əməliyyat otağında idim və birdən bütün qanın bədənimdən axdığını hiss etdim. Ruhum bədənimdən sürətlə çıxdı. Aşağı baxdım və bədənimin çarpayıda uzandığını gördüm. Amma özümü yaxşı hiss edirdim, indi ölümdən qorxmuram”.