10 Avqust 2022 10:17
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Mənfi hökumətin ölkənin şərq və qərb bölgələrindəki hərbi qüvvələri birləşdirməyə çalışdığını bildirib.

Teleqraf.com xəbər verir ki, Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe də parçalanmış ölkəni birlik və həmrəyliyə çağırıb.

Tobrukdakı parlament tərəfindən baş nazir elan edilmiş Fəthi Başağa Liviya ordusunun birləşməsinə və üzvlərinin inkişafını təmin edəcək və suverenlik prinsipinə zəmanət verəcək şəkildə beynəlxalq təcrübədən istifadə etməyə yönəlmiş səyləri dəstəklədiyini açıqlayıb.

ABŞ-ın Liviyadakı səfiri Riçard Norland da Liviyanı yenidən birləşdirmək üçün atılacaq addımları səbirsizliklə gözlədiyini deyib.

Fransanın Liviyadakı səfiri Karolin Horndal səfirliyin Tvitter hesabından verdiyi açıqlamada ölkəsinin Liviya ordusunun birləşmə səylərinə dəstəyini ifadə edib.

Bundan əvvəl Liviya Milli Birlik Hökumətinin baş qərargah rəisi Məhəmməd əl-Xəddad qiyamçı general Xəlifə Haftara bağlı qüvvələrin baş qərargah rəisi Əbdürrazik ən-Nazuri ilə orduların birləşdirilməsi məsələsini müzakirə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər