Ukraynalı general Dmitri Marçenko ölkəsinin Rusiya ilə müharibədə gələn ilin yazında qalib gələ və 1991-ci il sərhədlərinə qayıda biləcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, general bunun üçün Ukrayna ordusuna lazım olan silahların verilməli olduğunu deyib.
“Əgər bizə vəd edilən və lazım olan həcmdə silah olsa, o zaman gələn ilin yazında qələbəni qeyd edəcəyik”, - Marçenko bildirib.
General bu və ya digər ərazinin təslim edilməsi yoluyla Rusiya ilə istənilən danışıqların əleyhinə çıxış edib:
“Bunu etsək, bu müharibəni övladlarımızın çiyinlərinə yükləmiş olarıq. Düşmənə bir parça belə torpaq versək, evinə qayıdacaq və 6-8 ildən sonra başqa bəhanələrlə yenidən hücuma keçəcək. Ona görə də bütün ərazilərimizi müdafiə etməliyik, Ukraynanın bütün sərhədlərini nəzarətə götürməliyik və torpaqlarımızın bir qarşısını da onlara buraxmamalıyıq”.
Marçenko Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin qaynar fazasının cari ilin sonuna qədər başa çata biləcəyini proqnozlaşdırıb:
“Mən çox nadir hallarda proqnozlar verirəm, amma bu, uzun müddət davam etməyəcək. Qaynar faza bu ilin sonuna qədər mütləq bitəcək”.