13 Avqust 2022 11:29
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftənin əvvəlində ABŞ-ın keçmiş prezidenti Donald Trampın Mar-A-Laqodakı evində axtarış aparan Federal Təhqiqatlar Bürosunun (FTB) agentlərinin “tam məxfi” möhürü olan 11 dəst sənəd götürüblər.

Teleqraf.com xəbər verir ki, bir həftədir ölkə gündəminə damğasını vuran hadisə ilə bağlı federal hakim, Ədliyyə Nazirliyinin müraciəti ilə axtarış qərarı da daxil olmaqla, digər məhkəmə sənədləri ictimaiyyətə açıqlanıb.

Məhkəmə qeydləri göstərir ki, FTB agentləri Trampın evində axtarış apardıqdan sonra 11 dəst “tam məxfi” möhürlü sənəd ələ keçiriblər.

Açıqlamada qeyd edilib ki, ələ keçirilən qeydlər arasında ölkənin ən mühüm sirlərinin qorunmasına yönəlmiş xüsusi kateqoriyalı və ictimaiyyətə açıqlanacağı təqdirdə milli maraqlara zərər vurulacağına dair “xəbərdarlıq” möhürü vurulmuş sənədlər və prezidentin bəzi əlyazmaları da var.

Məsələ ilə əlaqədar əlavə təfərrüat verilməyib.

Eks-prezidentin həbs edilə biləcəyinə dair Amerika mediasında iddia dolaşır.

Trampın Floridadakı Mar-A-Laqo malikanəsində avqustun 8-i səhər saatlarında FTB agentləri tərəfindən axtarış aparılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər