Bu ilin iyul ayında havanın temperaturunun 1935-ci ildən bəri ilk dəfə 40 dərəcədən yuxarı qalxdığı İngiltərədə vətəndaşlara xəbərdarlıq edilib.
Teleqraf.com xəbər verir ki, İngiltərənin cənub-qərb, cənub, mərkəzi və şərqində quraqlıqdan zərər çəkən rayonlarda şəxsi və ictimai su ehtiyatlarından istifadəyə qısamüddətli məhdudiyyətlər qoyulacaq.
Hökümət quraqlıqdan əziyyət çəkən bölgələrdə yaşayan insanları son 50 ilin ən quraq yay aylarında sudan ehtiyyatlı istifadə etməyə çağırıb.
Bənzər hal Çində də müşahidə olunmaqdadır. Belə ki, Mərkəzi Şaansi, Sıçuan, Çunqinq, Henan, Hubey, Şandunq, Anhui, Jiangsu, Şanxay, Zhejiang, Fujian, Jiangxi, Hunan, Quizhou, Sincan və bəzi yerlərdə temperaturun 4-42 dərəcə arasında olacağı açıqlanıb.