16 Avqust 2022 10:17
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Solodka - Novomıxaylivka istiqamətində hücuma keçən Rusiya qoşunları qismən uğur qazanıblar. Hərbi əməliyyatlar davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Baş Qərargah həmçinin bildirib ki, rus qüvvələri Donbasda bir neçə istiqamətdə hücum əməliyyatı aparır . Rus qoşunları döyüşlərin hələ də davam etdiyi Baxmut və Avdiyivka yaxınlığında irəliləyir.

Düşmən bölmələri Vladimirivka - Baxmut və Stryapivka - Soledar istiqamətlərində hücum əməliyyatı aparıb. Amma Ukrayna müdafiə qüvvələrinin zərbəsinə tab gətirməyən ruslar geri çəkilməli olublar. Pokrovsk-Baxmut və Qorlivka-Zalizn istiqamətlərində döyüşlər davam edir.

Rusiya qoşunlarının Kramatorsk vilayətində Lısiçansk neft emalı zavodu - İvano-Darivka istiqamətində də irəlilədiyi, döyüş əməliyyatlarının davam etdiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu