17 Avqust 2022 10:00
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donbasda müxtəlif istiqamətlərdə hücuma keçməyə cəhd etsə də, Ukrayna ordusu bu səylərin qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri Slavyansk istiqamətində Boqorodiçnı rayonunda hücum əməliyyatı aparmağa çalışsa da, uğursuz alınıb və geri çəkilib. Mazanivka və Novodmitrivka yaxınlığında döyüşlər davam edir.

Ruslar Kramatorsk vilayətində Spirniyə hücuma keçməyə cəhd göstərsələr də, itkilərlə geri çəkiliblər. Bundan başqa, Baxmut istiqamətində Zaliznı, Şumı və Zaitsevo yaxınlığında hücuma keçib. Amma Ukrayna ordusunun zərbəsi ilə qarşılaşan ruslar geri çəkiliblər. Soledar və Baxmutda döyüşlər davam edir.

Rus ordusu Marinka, Krasnoqorivka və Yasınuvata ərazilərinə hava zərbələri endirib. Opıtnı bölgəsində hücum keçirməyə cəhd göstərir, döyüşlər davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu