17 Avqust 2022 21:11
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Almaniya ilə sərhədində yerləşən Oder çayından 100 ton ölü balıq çıxarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Yanğından Mühafizə Xidmətinin Mətbuat Bürosu məlumat açıqlayıb.

Qurum əvvəllər çayda bu qədər böyük əməliyyat həyata keçirmədiklərin bildirib.

Ölkədə böyük reaksiyaya səbəb olan ekoloji fəlakətdən sonra 500-dən çox yanğınsöndürən, qayıq və dron Oder çayının təmizlənməsi üçün işlərini davam etdirir. Balıqların ölümünə nəyin səbəb olduğu hələ müəyyən edilməyib.

Qeyd edək ki, Polşanın baş naziri keçən həftə külli miqdarda kimyəvi tullantıların qəsdən Oder çayına atıldığını və bunun ekoloji fəlakətə səbəb olduğunu deyib. O, çay ekosisteminin bərpası üçün illər lazım olduğunu bildirib.


Müəllif: Yeganə Oqtayqızı