18 Avqust 2022 18:36
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya rejimi ABŞ hərbçilərinin yerləşdiyi baza yaxınlığına raket hücumundan bir gün sonra Amerikadan öz hərbi qüvvələrini ölkədən dərhal və qeyd-şərtsiz çıxarmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

“Amerika tərəfi qeyri-qanuni olaraq Suriya ərazilərində yerləşdirdiyi hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarmalı, Suriya nefti və buğdasının oğurlanması və qaçaqmalçılığına son qoymalıdır. Qeyri-qanuni silahlı qruplaşmaları dəstəkləməməlidir”, - XİN-in bəyanatında deyilir.

ABŞ-ın Suriyada, əsasən, ölkənin cənubundakı Ət-Tənf bazası ilə şərqdəki neft yataqları arasında 900-ə yaxın hərbçisi var.

Rejim lideri Bəşər Əsəd ABŞ-ın ölkədə olmasını qeyri-qanuni hesab edir və ondan ölkəni tərk etməsini tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər