20 Avqust 2022 09:49
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donbasda bir neçə istiqamətdə genişmiqyaslı hücuma başlayıb, döyüşlər gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya qüvvələri Slavyansk istiqamətində Novodmitrivka, Virnopill və Kurulka yaxınlığında hücum əməliyyatı keçirməyə cəhd ediblər, amma bu səyləri dəf edilib, geri çəkiliblər.

Rusiya qüvvələri Kramatorsk istiqamətində İvano-Darivkaya hücuma keçməyə çalışır, döyüşlər davam edir. Bundan başqa, Baxmut istiqamətində Zaytsev və Kodemaya hücuma keçiblər. Nəticəsiz əməliyyatların davam etdiyi bildirilib.

Ruslar Avdiv istiqamətində də hücum əməliyyatlarına başlayıb. Opıtne və Mayorska hücum nəticəsiz alınıb, döyüşlər səngiməyib.

Novopavlivski istiqamətində Zolota Niva qəsəbəsinə basqın edən rus qoşunları uğur qazana bilməyib, geri çəkiliblər.


Müəllif: Mənsur Rəğbətoğlu