20 Avqust 2022 12:07
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub:

***

İran nüvə sazişini bərpa etmək səylərində böyük maneə olan əsas tələbindən rəsmən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN ABŞ-ın rəsmi mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran Avropa Birliyinin yekun nüvə sazişi layihəsinə cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ Dövlət Departamentinin xarici terror təşkilatları siyahısından çıxarılmasını tələb etməyib.

ABŞ-ın bu tələbi dəfələrlə rədd etdiyini bildirən rəsmi mənbə CNN-ə deyib: “Mətnin hazırkı versiyası bunu istisna edir. Deməli, sövdələşməyə daha yaxınıqsa, yalnız bu səbəbdəndir”.

Rəsmi bildirib ki, iranlılar SEPAH-la əlaqəli bir neçə şirkətin siyahıdan çıxarılması tələblərindən də imtina ediblər.

O əlavə edib ki, ABŞ prezidenti SEPAH-ın terror təşkilatları siyahısından çıxarılmayacağı məsələsində fikri qəti olub. Üstəlik, o deyib ki, tərəflər indi sövdələşməyə iki həftə əvvəllə müqayisədə daha yaxın olsalar da, bəzi boşluqlar olduğu üçün nəticə qeyri-müəyyən olaraq qalır.

“Prezident Bayden yalnız milli təhlükəsizlik maraqlarımıza cavab verən sazişi təsdiq edəcək”, - rəsmi şəxs söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər