5 Dekabr 2014 00:59
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Rusiyaya təzyiq üçün, SWIFT ödəniş sistemini bağlanılacağı iddiaları ilə çıxış edən VTB-nin İdarə Heyətinin sədri Andrey Kostin , Rusiya banklarına SWIFT sisteminin bağlandığı gün, ABŞ səfirinin Moskvanı tərk etmək məcburiyyətində qalacağını bildirib.
Teleqraf.com-un məlumatına göə, Andrey Kostin, Rusiyanın beynəlxalq SWIFT ödəniş sisteminin qapadılmasının müharibə anlamına gələcəyini deyib.
Rus bank sisteminin, valyutaya əsaslandığı üçün ölkə iqtisadiyyatının ən həssas hissəsi olduğunu vurğulayan Kostin, SWIFT sisteminin bağlanması kimi sanksiyaların tətbiq edilməsi vəziyyətində B planlarının olduğunu qeyd edib.
Kostin bu cür sanksiyaların tətbiq olunmasının müharibə anlamına gələcəyini ifadə edərək, "Rusiya banklarına SWIFT sisteminin bağlandığı gün, Amerika Səfiri Moskvanı tərk etmək məcburiyyətində qalacaq " ifadələrindən istifadə edib.
Rusiyanın SWIFT sisteminin bağlanması məsələsi, Ukrayna böhranından sonra Aİ və ABŞ-ın sanksiyalarının başlaması ilə gündəmə gəlmişdi.
Əmlakı baxımından Rusiyanın ikinci böyük bankı olan VTB Maliyyə Qrupunun yüzdə altmışı dövlətə məxsusdur.

Müəllif:

Oxşar xəbərlər