ABŞ İran İnqilab Keşikçiləri Korpusunun Suriyadakı hədəflərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verr ki, dünən Deyr-əz-Zorda İnqilab Keşikçiləri ilə əlaqəli hədəflərə hücum edildiyi bildirilib.
Avqustun 15-də ABŞ-ın Suriyadakı bazasına pilotsuz təyyarələrin hücumundan sonra cavab olaraq hava zərbələri endirib.
Ordu sözçüsü Joe Buccino, hücumları “mütənasib” olaraq xarakterizə edərək deyib ki, göstəriş birbaşa prezident Baydendən gəlib.
Hücumun İranla nüvə razılaşmasını canlandırmaq səylərinin davam etdiyi bir vaxtda baş verməsi diqqət çəkib. Son zamanlar Suriyaya hava zərbələrini artıran İsrail nüvə sazişinə qarşı çıxır.
ABŞ daha əvvəl Suriya və İraqda İrana bağlı qruplara qarşı hava əməliyyatları həyata keçirmişdi. Ötən ilin iyununda ABŞ döyüş təyyarələri Suriya və İraqda İran qruplarına aid olduğu deyilən silah anbarlarına zərbələr endirmişdi.