24 Avqust 2022 13:16
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yazıçı Salman Rüşdiyə hücum İranın qisas əməliyyatı ola bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Denver Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Nader Haşimi deyib.

Onun sözlərinə görə, ehtimallardan biri İranın 2020-ci ildə SEPAH generalı Qasım Süleymaninin Bağdadda öldürülməsinə görə ABŞ-dan qisas almaq istəyi ilə bağlı ola bilər:

“Deməli, variantlardan birinin Süleymaninin qətli ilə bağlı olması mümkündür. Eyni zamanda, ABŞ-ın Ədliyyə Departamenti Salman Rüşdiyə hücumdan bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mayk Pompeo və Con Boltona sui-qəsd hazırlaması barədə məlumat yaymışdı. Beləliklə, mümkün variantlardan biri bu ola bilər. Amma iranlılar Pompeo və Boltonun arxasınca gedə bilmədilər.

Başqa sözlə, SEPAH bu iki nüfuzlu hədəfin arxasınca gedə bilmədiyi üçün Salman Rüşdi kimi “zəif hədəf"i seçdi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər