24 Avqust 2022 16:50
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Prezidenti Sauli Ninistö Madriddə Türkiyə ilə imzalanan NATO müqaviləsinə sadiq qalmağa davam edəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Ninistö Türkiyə ilə danışıqların davam etdiyini də açıqlayıb.

“May ayında Türkiyənin tələbləri demək olar ki, bütün NATO-ya üzvlük prosesimizin gedişatını dayandırdı. Nəhayət, Madriddə NATO-ya üzvlük prosesini davam etdirməyə imkan verən həllə nail olduq. Bizə bir az səbr lazımdır”, - prezident vurğulayıb.

Danışıqların davam etdiyini söyləyən Ninistö qeyd edib ki, Türkiyənin nə vaxt irəliləməyə hazır olduğunu zaman göstərəcək: “İsveç və Türkiyə ilə imzaladığımız Madrid razılaşmasına sadiq qalmağa davam edəcəyik”.

Finlandiya Baş naziri Sanna Marin də məsələ ilə əlaqədar açıqlama verib:

“Finlandiya uzunmüddətli dostu Türkiyənin narahatlığına bacardığı qədər cavab verdi. Çünki hər bir müttəfiqin təhlükəsizliyinə ciddi yanaşmaq lazımdır. Ümid edirəm ki, Türkiyə onların narahatlığına cavab verdiyimizi hiss edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər