5 Dekabr 2014 10:15
1 245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərində döyüşlər gecə boyu davam edib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, toqquşmalar əsasən şəhər hökumət binası və mətbuat evi ətrafında gedir.

Çeçenistan prezidenti Ramzan Kadırovun verdiyi açıqlamaya görə, döyüşlər zamanı polis və ordu qüvvələrindən 10 nəfər həyatını itirib, 28 nəfər isə yaralanıb.

Rusiyanın bəzi KİV orqanları isə hökumət qüvvələri tərəfindən verilən itkinin 70-80 nəfər arasında dəyişdiyini yazırlar. Eyni zamanda onlar toqquşmalar zamanı 10 terrorçunun da öldürüldüyünü qeyd edirlər.

Şəhərdə vəziyyət gərgin olaraq qalır.

Samir


Müəllif:

Oxşar xəbərlər