27 Avqust 2022 14:18
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Şərqi Aralıq dənizində ən böyük təhlükədir”.

Teleqraf.com xəbər verir ki, bunu Afina Universitetində etdiyi çıxış zamanı ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez deyib.

Həm yunan, həm də erməni lobbiləri ilə sıx əlaqələri olan Menendez iddia edib ki, türk təyyarələri Egey dənizində Yunanıstanı sıxışdırır: "Bu, bir NATO ölkəsi üçün qətiyyən qəbuledilməz bir davranışdır.

Menendez daha əvvəl Türkiyənin Rusiyadan S-400-lərin ikinci partiyasını alacağı xəbəri ilə bağlı sərt açıqlamalar vermişdi: “Türkiyənin Rusiya müdafiə sektoru ilə əlaqələrinin genişləndirilməsi NATO-dakı müttəfiqlərimizin və Avropadakı tərəfdaşlarımızın təhlükəsizliyini daha da təhlükə altına alan böyük bir səhv olardı”.


Müəllif: Nemət

Oxşar xəbərlər