29 Avqust 2022 16:24
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il böyük və qüdrətli Türkiyənin qurulmasının müjdəsini verəcəyimiz yeni mərhələ olacaq.

Teleqraf.com xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın 30 avqust – Türkiyənin Zəfər bayramı münasibətilə xalqa müraciətində yer alıb.

Dünyada yaşayan türkləri bayram münasibətilə təbrik edən dövlət başçısı bu əlamətdar gün münasibətilə gələn təbriklərə görə minnətdarlığını fs ifadə edib.

Avqustun 30-nun türk millətinin tarixində xüsusi yerə sahib olduğunu xatırladan Prezident Ərdoğan deyib: “Böyük Qələbə ilə bu gün azad yaşadığımız torpaqların bizim əzəli və əbədi vətənimiz olduğu bir daha sübut edilib. 30 avqust türk millətinin əsarətlə azadlıq arasında seçim etmək məcburiyyəti qarşısında qaldıqda nələrə nail ola, nələrdən imtina edə biləcəyinin ən bariz sübutudur. Millətimiz bir gün belə düşmən əsarəti altında qalmaqdansa, şəhidlik yolunu seçərək müstəqilliyini və gələcəyini qorudu.

Son olaraq, 15 iyul gecəsi baş verən hadisələr bir daha göstərdi ki, böyük hücuma ilham verən sarsılmaz iradə hələ də qəlbimizdə yaşayır. Türkiyə keçmişindən aldığı güclə parlaq və firavan gələcəyini qurmaq yolunda əmin addımlarla irəliləyir”.

Türkiyənin dünyanın yeni sistemində layiq olduğu yeri tutduğunu deyən Prezident Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin 100-cü ildönümünün qeyd ediləcəyi 2023-cü ilin böyük və qüdrətli Türkiyənin qurulmasının müjdəsinin veriləcəyi yeni bir mərhələ olacağını vurğulayıb.

Türkiyə xalqının ulu öndəri Mustafa Kamal Atatürk və silahdaşlarını ehtiramla yad edən Prezident Ərdoğan şəhidlərə Allahdan rəhmət diləyib, qazilərə cansağlığı diləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər