“Ukrayna əsgərləri rus işğalçılarını Xarkov, Slavyansk, Baxmut, Avdiiv və Yujnobuz istiqamətlərində geri çəkilməyə məcbur ediblər”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.
Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri 5 istiqamətdə rus işğalçılarının hücum və həmlələrini dəf edib:
“Düşmən öz səylərini Donetsk vilayətinin ərazisinə tam nəzarətin yaradılmasına, Xarkovun bir hissəsi olan Xersonun, ələ keçirilən rayonların saxlanmasına yönəltməkdə davam edir”.
Baş Qərargahdan bildirildiyinə görə, Xarkov istiqamətində düşmən Prudyanka, Dementivka, Ruska Lozova, Petrivka, Starıy Saltiv, Pitomnik, Sosnivka, Veliki Proxodı yaşayış məntəqələri ərazilərini atıcı silahlardan və reaktiv artilleriyadan atəşə tutub.
“Düşmən Uda yaşayış məntəqəsi ərazisində taktiki mövqeni yaxşılaşdırmaq üçün hücum döyüşü aparıb, amma atəşə altına düşərək geri çəkilib”, - məlumatda deyilir.