30 Avqust 2022 12:17
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində uğuru uzunmüddətli hücum əməliyyatları aparmaq bacarığından və müxtəlif hərbi birləşmələrdən yaradılan Rusiya qüvvələrinin nə dərəcədə birləşəcəyindən asılı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb.

“Avqustun 29-da günün əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadası Ukraynanın cənubunda cəbhə xəttinin sektorlarında artilleriya atəşinin gücünü artırıb. Ukraynanın uzaqmənzilli dəqiq zərbələri Rusiya qüvvələrinin sistemini pozmaqda davam edir. Hazırda Ukraynanın irəliləyişlərinin miqyasını təsdiqləmək mümkün deyil”, - məlumatda deyilir.

O da qeyd olunur ki, avqustun əvvəlindən Rusiya Xerson yaxınlığındakı Dnepr çayının qərb sahilində qoşunlarını gücləndirmək üçün xeyli səy göstərib.

“Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ordusu çox güman ki, Şərq Hərbi Dairəsinin 35-ci Əlahiddə Ordusunun tərkib hissələri ilə tamamlanıb. Xerson yaxınlığındakı bölmələrin əksəriyyəti kifayət qədər kadrlarla təmin olunmur və etibarlı olmayan təchizat kanallarından asılıdır”,- kəşfiyyat məlumatında bildirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər