2 Sentyabr 2022 21:12
1 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna Türkiyəni göyərtəsində silah olan Rusiya gəmiləri üçün İstanbul boğazlarını bağlamağa çağırıb. Bu gəmilər müxtəlif məhsulların daşınması adı altında Aralıq dənizindən Qara dənizinə gəlirlər”.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşr iddia edir ki, gəmilər Rusiyanın Suriyadakı bazasından yola düşür, daha sonra İstanbul boğazlarından keçərək Qara dənizə üzür. Bu boğazlar Türkiyənin nəzarətindədir və Aralıq dənizindən Qara dənizin sularına daxil olmaq üçün yeganə yoldur.

Amerika nəşri avqustun 27-də Qara dəniz limanına S-300 zenit-raket komplekslərini daşıyan “Sparta II” gəmisindən bəhs edir. Gəmi Rusiyanın “Oboronlogistika” şirkətinə məxsusdur. Rusiya Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir və ABŞ-ın sanksiyaları altındadır. Ruslar bu gəmi ilə Qara dənizə zeytun yağı daşıdıqlarını iddia edirlər.

Qeyd edək ki, avqustun 29-da Ukrayna Xarici İşlər Nazirliyi “Sparta II” gəmisinin İstanbul boğazından keçməsi ilə əlaqədar Türkiyənin səfirini çağırıb.

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnarın sözlərinə görə, Montrö Konvensiyasına uyğun olaraq ticarət gəmiləri İstanbul boğazlarından sərbəst keçə bilər. “Sparta II” də göstərilən kateqoriyaya daxildir, amma Bodnar rus gəmisinin göyərtəsində silah ola biləcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər