“Rusiya Ukrayna böhranı ilə bağlı ən pis ssenarinin qarşısını almaq üçün hər şeyi edib”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Uzun illər hər şeyi etdik ki, Ukraynada vəziyyət aşağı düşməsin, deqradasiyaya uğramasın, sonra isə ən pis ssenari ilə üzləşməsin”, - rusiyalı diplomat vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Minsk razılaşmaları Kiyev üçün şans idi, amma Ukrayna hakimiyyətinin bu anlaşmaları həyata keçirmək planı olmayıb:
“Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov sözün əsl mənasında bu həftə Kiyev rejiminin Minsk razılaşmalarını yerinə yetirmək planının olmadığını etiraf etdi”.