Türkiyənin Milli Kəşfiyyat İdarəsi PKK-nın liderlərindən olan Bedirhan Abini zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, "Darav Gevda" kod adlı terrorçu İraqın şimalındakı Sincarda keçirilən əməliyyatda məhv edilib.
2011-ci ildə PKK sıralarına qatılan Abi təşkilat rəhbərliyi tərəfindən göndərildiyi Şırnak və Yüksekova bölgələrində terror fəaliyyətlərini davam etdirib. Türkiyədə olduğu müddətdə bəzi təhlükəsizlik qüvvələrinin şəhid olması ilə nəticələnən aksiyalara qatılıb.