Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, iclasda daxili və xarici siyasətlə bağlı gəlişmələr müzakirə olunacaq.
Yunanıstanın Egey və Şərqi Aralıq dənizində gərginliyi artıran addımları da Nazirlər Kabinetinin gündəmindədir. İclasda Türkiyənin atacağı addımlar müzakirə olunacaq.
Bu ay Prezident Ərdoğanın sıx səfər qrafiki var. Türkiyə lideri Bosniya və Herseqovina, Serbiya və Xorvatiyanı əhatə edən Balkan turundan sonra Özbəkistanda keçiriləcək Şanxay Beşliyi toplantısına qatılacaq.
Ərdoğanın növbəti dayanacağı ABŞ olacaq, BMT Baş Assambleyasının sammitində çıxış edəcək və liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Nazirlər Kabinetinin iclasında Prezident Ərdoğanın diplomatik trafiki də müzakirə olunacaq.