Ötən günlərdə istefa verəcəyini açıqlayan Çeçenistan başçısı Ramzan Kadırovdan yeni açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Çeçenistan lideri fəaliyyətini davam etdirəcəyini bildirib.
“Düşünürəm ki, mənim sadəcə getməyə haqqım yoxdur. Çünki bölgəyə rəhbərliyi mənə xalqım həvalə edib. Mənə göstərilən etimadı doğrultmaq isə müqəddəs borcumdur. Sadəcə xalqımdan və Rusiya Prezidenti Vladimir Putindən xahiş edərək gedə bilərəm. Vəzifəmdən getmək söhbətini gələcəyə buraxıram. İndi illik məzuniyyətimdən belə istifadə etməyəcəyəm”, - Kadırov qeyd edib.