Britaniya Kraliçası II Yelizaveta vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Qardian” yazıb.
O, Şotlandiyanın Balmoral qəsrində dünyasını dəyişib.
Məlumata görə, kraliçanın bütün ailə üzvləri onun yanında olub.
Kraliyyət ailəsindən verilən rəsmi məlumata görə, Böyük Britaniyanın yeni monarxı Kral Çarlz olacaq.
***
Böyük Britaniya Kraliçası 96 yaşlı II Yelizavetanın səhhətində yaranan problemlərə görə tibbi nəzarət altında saxlanılır.
Teleqraf.com xəbər verir ki, həkimlər Kraliçanın sağlamlığından narahat olduqları üçün onun Balmoral sarayında tibbi nəzarət altında qalması barədə qərar veriblər.
Bukingem Sarayının açıqlamasında deyilir: “Hərtərəfli müayinədən sonra Kraliçanın həkimləri Əlahəzrətin səhhətindən narahat olublar və onun həkim nəzarəti altında qalmasını tövsiyə ediblər”.
Həkimlər dincəlməyi tövsiyə etdikdən sonra Kraliça Şəxsi Şuranın iclasını təxirə salıb.
Həmçinin son hadisələrlə bağlı Kraliçanın ailəsinin də məlumatlandırıldığı qeyd edilib.
Kraliçanın böyük oğlu, vəliəhd şahzadə Çarlz həyat yoldaşı Kornuoll hersoginyası Kamilla Parkerlə birgə Balmorala gedib.