12 Sentyabr 2022 13:03
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. “Amerikanın səsi” Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisinin iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığı ilə bağlı açıqlamasını yayıb. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, - deyə bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər