KTMT Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı iclas keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclasında iştirak edir.
"Tədbir başladı", - o deyib.
İclas təcili çağırılıb və qapalı keçirilir.