Rusiya rəhbərliyi sentyabrın əvvəlində Xarkov vilayətini ilhaq etmək niyyətində idi, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı bunun qarşısını aldı.
Teleqraf.com xəbər verir ki, bunu Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.
Bir gün əvvəl məlum olub ki, ruslar işğal zamanı Kazaçya Lopan kəndini (Ukrayna-Rusiya sərhədindən 10 kilometr aralıda) Rusiyanın enerji sisteminə birləşdiriblər.
“Ukrayna Silahlı Qüvvələrinin Xarkov yaxınlığında və cənubda əks hücumu, yəqin ki, Rusiyanı ilhaq planlarını qeyri-müəyyən müddətə təxirə salmağa məcbur edib”, - ekspertlər qeyd ediblər.