Rusiya silah qıtlığı yaşayır, ona görə də onları getdikcə daha çox beynəlxalq sanksiyalara məruz qalan ölkələrdən alır.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının xülasəsində deyilir.
Analitiklər qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələri dünən ilk dəfə olaraq Kupyan rayonunda Rusiyanın Tehrandan aldığı, İrana məxsus “Şahed-136 “ PUA-nın vurulması barədə məlumat yayıb. Bu, xarici dronların birbaşa döyüş meydanında istifadə olunmasından xəbər verir.
Bununla belə, Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Federasiyası Silahlı Qüvvələri çox güman ki, PUA-ları strateji hədəfləri vurmaq üçün deyil, taktiki məqsədlər üçün istifadə edəcək.
“Şahed-136” iddia edilən uçuş məsafəsi 2500 kilometr olan tək hərəkətli zərbə PUA-sıdır. İran istehsalı olan oxşar sistemlər, ehtimal ki, Yaxın Şərqdə, xüsusən 2021-ci ilin iyulunda “Mercer Street” neft tankerinə qarşı hücumlarda istifadə edilib”, - kəşfiyyat qənaətini açıqlayıb.
Qeyd olunur ki, Rusiya öz ehtiyatları tükəndiyi üçün İran və Şimali Koreya kimi ciddi sanksiyalara məruz qalan ölkələrdən demək olar ki, getdikcə daha çox silah alacaq.