15 Sentyabr 2022 11:13
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə gəlib.

Teleqraf.com xəbər verir ki, Leyen bu barədə "Twitter"də yazıb.

“Kiyevə müharibə başlayandan bəri üçüncü səfərimdir. Çox şey dəyişib. Ukrayna indi Aİ-yə üzv olmağa namizəddir. Mən Vladimir Zelenski və Denis Şmıxal ilə münasibətlərimizin yaxınlaşmasının davam etdirilməsini müzakirə etmək niyyətindəyəm”,- fon der Leyen yazıb.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Kiyevə qatarla gəlib. O, paytaxt stansiyasından foto yayımlayıb. Onun arxasında qatar, platforma və digər sərnişinlər var.

Xatırladaq ki, dünən Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfər edəcəyini açıqlayıb. O vurğulayıb ki, Aİ Ukraynaya öz potensialından maksimum istifadə etmək imkanı verəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər