19 Sentyabr 2022 17:14
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ prezident administrasiyasında, eləcə də tərəfdaşlarla dialoqda Rusiya Federasiyasının Ukraynada nüvə silahından istifadə kimi radikal hərəkətlərinə cavab vermək planı müzakirə edilir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink deyib.

“Prezident Bayden nüvə silahından istənilən istifadənin qəbuledilməz olacağını və ciddi nəticələrə səbəb olacağını açıq şəkildə ifadə edib. Biz ABŞ-da da bunun üzərində işləyirik və tərəfdaşlarla tamamilə qəbuledilməz olan hərəkətlərə necə cavab verə biləcəyimizi müzakirə edirik”, - səfir deyib.

Əlavə edib ki, Birləşmiş Ştatlar Zaporojye AES ətrafında vəziyyətin təhlükəli olması ilə razılaşır və Vaşinqton demilitarizasiya zonasının yaradılmasında və stansiyanın tam nəzarətinə qaytarılmasında marağı dəstəkləyir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden sentyabrın 17-də Rusiya prezidenti Vladimir Putinə Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə daha ciddi nəticələrlə bağlı xəbərdarlıq etdiyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər