ABŞ dövlət katibi Antoni Blinken Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Türkiyənin taxıl dəhlizi sazişində göstərdiyi səyləri yüksək qiymətləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada bildirilir.
“Blinken və Çavuşoğlu görüş zamanı Cənubi Qafqazdakı gərginliyi müzakirə ediblər və Blinken ABŞ-ın Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılması və uzunmüddətli siyasi həll tapmasına kömək etmək üçün fəaliyyətini davam etdirəcəyini qeyd edib”, - məlumatda qeyd edilir.
Görüşdə Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq NATO-nun birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayan Blinken Ukrayna taxılının Qara dəniz üzərindən daşınmasının davam etdirilməsi istiqamətində Türkiyənin diplomatik səylərini yüksək qiymətləndirib, BMT-nin vasitəçiliyi ilə əldə olunan razılaşmaları müdafiə edib.