“Heç kim Rusiyanı təhdid etmir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
ABŞ lideri Rusiya prezidenti Putinin dünyanı ayağa qaldıran səfərbərlik çağırışına reaksiya verib.
“ABŞ bu müharibənin ədalətli başa çatmasını istəyir. Ukraynanın hüquqları qalan suveren ölkələrin hüquqları ilə eynidir"
Biz Rusiyanın təcavüzünə qarşı duracağıq”,-Bayden əlavə edib.