“Biz Astana prosesində Türkiyənin etdiyi addımlar əvəzinə daha ciddilik gözləyirik. Hazırda yeganə şey budur. Bununla da hesab edirik ki, rus və iranlı dostlarımızın fəaliyyətlərinin doğru istiqamətdə olduğunu düşünürük".
Teleqraf.com xəbər verir ki, bunu Suriyanın xarici işlər naziri Feysəl Mikdad deyib.
Nazir hətta iddia edib ki, Suriyada sülh prosesinin önündəki yeganə əngəl Türkiyənin fikirləri ilə bağlıdır:
“Biz Astana prosesi çərçivəsində verilən sözlərə əməl olunmasını istəyirik. Hazırda yeganə əngəl budur”.
Suriyalı nazir BMT-nin Nyu Yorkdakı görüşləri çərçivəsində Suriya ilə Türkiyə arasında heç bir əlaqənin olmadığını da bildirib.