“İşğal edilmiş Dnestryanı bölgədəki hərbi qulluqçular Rusiya ordusuna cəlb olunsalar, Moldova vətəndaşlığından məhrum ediləcəklər”.
Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu Təhlükəsizlik Şurasının iclasından sonra deyib.
“Moldovanın şərq bölgələrindəki Moldova vətəndaşlarının səfərbərlik riski var. Belə addımların qarşısını almaq üçün təcavüzkarın tərəfində vuruşacaq Rusiya vətəndaşlığına malik şəxslərin Moldova vətəndaşlığının ləğvi imkanlarını nəzərdən keçiririk. Həmçinin muzdlu olmaq istəyən Moldova vətəndaşları üçün daha sərt cəzaların mümkünlüyünü istisna etmirik”, - prezident bildirib.